İbrahimoviçdən yeni rekord
“Los Anceles Qalaksi” MLS-in 25-ci turunda “Sportinq Kanzas Siti”ni məğlub edib – 7:2.
Komanda.az xəbər verir ki, sözügedən qarşılaşmada “Los Anceles Qalaksi”nin futbolçusu Zlatan İbrahimoviç yeni rekorda imza atıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“Sportinq Kanzas Siti” ilə matçda het-trik edən İbrahimoviç, mövsümdəki qollarının sayını 26-ya çatdırıb. İsveçli hücumçu bununla da, “Los Anceles Qalaksi”nin heyətində bir mövsümdə ən çox qol vuran futbolçu ünvanını qazanıb.
İbrahimoviçdən əvvəl bu rekord Karlos Ruisə aid idi. Ruis, 2002-ci ildə bir mövsümdə 24 qol vurmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin