İbrahimoviçin ABŞ karyerası bitir – rəsmi
“Los Anceles Qalaksi” klubu futbolçusu Zlatan İbrahimoviçlə yeni müqavilə imzalamayacaq.
Komanda.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə, isveçli hücumçunun ilin sonunda komandadan ayrılacağı bildirilib.
2018-ci ilin martından ABŞ-da, MLS təmsilçisində forma geyinən İbrahimoviçin müqaviləsi dekabrın 31-nə qədərdir. 38 yaşlı hücumçunun İtaliyaya qayıdacağı gözlənilir.
İbrahimoviç “Los Anceles Qalaksi” ilə bu mövsüm 31 oyuna çıxıb və 31 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin