Loqo, yoxsa yol-hərəkəti nişanı?
Kürşad
Dünən Azərbaycan Gənclər və İdman Nazirliyi yeni loqosunu ictimaiyyətə təqdim etdi. Yeni loqo 100-dək variant arasından seçilib.
Artıq çoxu nazirliyin yeni loqosunu görüb. Hətta yeni loqo sosial şəbəkədə lağlağı obyektinə çevrilməyə, ələ salınmağa da vaxt tapıb.
Gənclər və idman naziri Fəriq Qayıbov loqo ilə bağlı danışarkən bildirib ki, yeni loqo müasir tələblərə cavab verir:
“Düşündük ki, müasir loqoya ehtiyac var. Xeyirli olsun. Düşünürəm ki, yeni loqo müasir tələblərə cavab verir”.
Gənclər və İdman Nazirliyinin yeni loqosu loqo olmaqdan çox yol-hərəkəti nişanına bənzəyir. Yaşıl fonda AZE yazmaq üçün 100-dək variant arasında baş sındırmağa dəyərdimi? Ümumiyyətlə, üç hərfi (A, Z, E) yanaşı qoymaq üçün müsabiqə elan etməyə gərək var idimi? Və daha bir sual: bu “loqo”nun hazırlanması üçün nə qədər pul vəsaiti xərclənib? Nazirlik bunu açıqlamalıdır.
Fərid Qayıbov yeni loqonun müasir tələblərə cavab verdiyini deyir. Müasirlik loqo hazırlamaq əvəzinə, A, Z, E hərflərini birləşdirib bunu ictimaiyyətə loqo adıyla sırımaqdırmı?
Bu, loqo deyil, cənab nazir, hər nədirsə, loqo deyil. Sizi aldadıblar, ya da siz özünüz hamını aldadırsız. Amma inanın ki, bığlı-saqqallı kişiləri toplayıb təqdimatını keçirdiyiniz bu zad loqo deyil.
Bizi Facebook-da izləyin