Lopeteqi 32 yaşlı yamaykalını istəyir
“Vulverhempton” “Vest Hem”in futbolçusu Maykl Antonionun xidmətində maraqlıdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “canavarlar”ın çalışdırıcısı Xulen Lopeteqi 32 yaşlı yamaykalı hücumçunu komandasında görmək istəyir.
“Çəkicdöyənlər” oyunçu ilə yolları ayırmaqla bağlı qərar versə, “Vulverhempton” ona təklif göndərəcək.
Maykl Antonio bu mövsüm “Vest Hem”in heyətində bütün turnirlər daxil olmaqla, 24 matça çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin