![](https://komanda.az/wp-content/uploads/2024/03/fermin-lopez-780x470.jpeg)
Qol vurdu, “qırmızı” aldı, indi isə narahatdır
“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes qırmızı vərəqə aldıqdan sonra komandadakı mövqeyindən narahatdır.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, futbolçu meydandan uzaqlaşdırılmasına məyus olub. O, uzun müddətdir ki, komandanın baş məşqçisi Hans-Diter Flikin etimadını qazanmağa çalışır və indi isə alman çalışdırıcının onu daha az meydana çıxaracağından qorxur.
21 yaşlı futbolçu “Sevilya”ya 4:1 hesabı ilə qalib gəldikləri oyunda əvəzedici kimi meydana çıxdıqdan dərhal sonra qol vurub, lakin cəmi 17 dəqiqə sonra kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb.
Lopes bu mövsüm bütün turnirlərdə “Barselona”nın heyətində 25 matçda 5 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin