“Çelsi”yə “yox” deyir, “Barselona”da qalır

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes gələcək karyerası ilə bağlı qərarını açıqlayıb.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu “Çelsi”nin marağına baxmayaraq, “Barselona”da qalmaq niyyətindədir.

22 yaşlı oyunçu yaxın çevrəsinə bildirib ki, o, “Barsa”nın əsas heyətində sabit yer qazanmaq istəyir.

Lopesin kataloniyalılarla müqaviləsinin müddəti 2027-ci ilin iyununun sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button