Londonun meri Premyer Liqanın bərpa olunmasını istəmir
Londonun meri Sadiq Xan İngiltərə Premyer Liqasının bərpa olunmasının tez olduğunu düşünür.
Komanda.az xəbər verir ki, bu barədə Sadiqin nümayəndəsi “Standard Sport”a açıqlamasında deyib:
“Sadiq, Premyer Liqanın və peşəkar liqaların davam etdirilməsini istəyir. Bununla yanaşı, hazırda olduğumuz vəziyyəti də nəzarətdə saxlamaq lazımdır. Hər gün yüzlərlə insan ölür. Sadiq, bu şərait altında Premyer Liqanın bərpasının müzakirəsinin hələ tez olduğunu düşünür”.
İngiltərədə iyundan futbol yarışlarının keçirilməsinə icazə verilib. Koronavirusa görə dayandırılan Premyer Liqanın iyunun 12-də bərpa olunacağı gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin