“Londonu sevməmək mümkün deyil” – Xorvat futbolçu

“Çelsi”nin yarımmüdafiəçisi Mateo Kovaçiç kluba və şəhərə münasibətindən danışaraq, hər şeyi bəyəndiyini bildirib.

Komanda.az xəbər verir ki, xorvatiyalı futbolçu klubun saytına açıqlamasında Londonun əla şəhər olduğunu deyib:

“Mən beş ildir ki, buradayam, vaxt uçur. Mən “Çelsi”də digər klublarda olduğumdan daha uzun müddət olmuşam. Burada özümü evimdəki kimi hiss edirəm. Londonu sevməmək mümkün deyil. Ailəm də buranı sevir. Buradakı yeməklər yaxşıdır, bəlkə də, İtaliya və ya İspaniyadakı kimi deyil. Amma London əla şəhərdir. Oğlum Londonda uşaq bağçasına gedir, ordan xoşu gəlir, insanlar çox yaxşıdır. London və İngiltərə haqqında ancaq yaxşı şeylər deyə bilərəm. Burada özümüzü çox yaxşı hiss edirik.

Çox şadam ki, bir çox gözəl ölkələri ziyarət edə bildim. Mən çox dərs aldım, amma hər şeydən əvvəl insanlara sadəcə hörmət etməyi öyrəndim. Onlar mənə necə rəftar edirlərsə, mən də onlarla elə davranmağa çalışıram. Özüm olmaq həmişə asan olmasa da, mümkün qədər nəzakətli olmağa çalışıram”.

Kovaçiç daha əvvəl İtaliyada “İnter”, İspaniyada “Real” kimi klublarda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button