“Londonda Azərbaycanın iki komandası oynasaydı…” – UEFA prezidenti

UEFA prezidenti Aleksandr Çeferin mayın 29-da Bakıda “Çelsi” və “Arsenal” arasında keçirilmiş Avropa Liqasının final matçı ilə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, Çeferin “Çelsi”nin 4:1 hesabı ilə qalib gəldiyi  final oyununun Bakıda keçirilməsinə olan etirazlar haqqında danışıb:

“İngiltərə klubları inanılmazdır, onların olduğu hər yerdə narazılıq var. Bakıda da insanlar yaşayır. Onlar vaxt fərqi ilə bağlı olaraq, matça saat 23:00-da baxırdılar, amma heç kim buna etiraz etmirdi. Londonda Azərbaycanın iki komandası oynasaydı, yenə heç kim etiraz etməyəcəkdi.

İki il əvvəl qərarə gəldik ki, final matçını Bakıda keçirək. Orda 70 min nəfərlik müasir stadion var. İngiltərədə isə bundan daha böyük cəmi bir stadion var. Biz futbolu sadəcə İngiltərədə və Almaniyada deyil, hər yerdə inkişaf etdirməliyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button