“Tottenhem” Eriksenə əvəzləyici tapdı
“Tottenhem” yay transfer pəncərəsi dövründə klubdan ayrılacağı gözlənilən Kristian Eriksenə əvəzləyici tapıb.
Komanda.az xəbər verir ki, London təmsilçisi “Sportinq”dən Bruno Fernandesi transfer etmək niyyətindədir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Portuqaliyalı yarımmüdafiəçinin agenti Migel Pinyonun Londonda olduğu və “Tottenhem” rəhbərliyi ilə danışıqlar apardığı bildirilir.
Fernandeslə “Tottenhem”lə yanaşı, “Mançester Siti”, “Mançester Yunayted”, “Atletiko”, PSJ, “Yuventus” kimi klublar da yaxından maraqlanır.
24 yaşlı oyunçunun transfer dəyəri 35 milyon avrodur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin