“Çelsi”nin 2 namizədi var – Poçettinonu əvəzləməyə

“Çelsi” rəhbərliyi baş məşqçi Maurisio Poçettino istefaya göndəriləcəyi təqdirdə, “Sportinq”ə başçılıq edən Ruben Amorimi və ya “Brayton”da çalışan Roberto De Zerbini “sükan arxasına” gətirməyə çalışacaqlarına qərar verib.

Komanda.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, London klubunun rəhbərliyi argentinalı mütəxəssisin “Çelsi”dəki gələcəyi ilə bağlı cari mövsüm başa çatdıqdan sonra qərar verəcək.

Poçettino ötən ilin yayında “Çelsi”nin baş məşqçisi vəzifəsinə keçib. “Zadəganlar” İngiltərə çempionatının 26 turundan sonra 36 xal toplayıb və 11-ci yeri tutur. Poçettinonun rəhbərliyi altında “Çelsi” Liqa kubokunun finalına yüksəlsə də, “Liverpul”a 0:1 hesabı ilə uduzub.

Daha əvvəl mətbuatda London klubunun rəhbərliyinin artıq Poçettinoya əvəzləyici axtarmağa başladığı barədə məlumatlar yayılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button