London komandasını çalışdırmağa razıdır – 75 yaşlı mütəxəssis

İngiltərəli mütəxəssis Roy Hocson bir mövsüm daha “Kristal Pelas”ı çalışdırmağa razıdır.

Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, Hocson 2023/24 mövsümündə də İngiltərə klubunun “sükanı arxasında” olmaq niyyətindədir.

Öncədən London klubunun ingiltərəli baş məşqçini postunda saxlamaq istədiyi haqda xəbər vermişdik.

“Kristal Pelas” 2022/23 mövsümündə 75 yaşlı Hocsonun başçılığı altında Premyer Liqada keçirdiyi son səkkiz matçın beşində qalib gələrək, “Çelsi”, “Vulverhempton” və “Vest Hem”i qabaqlayaraq, 11-ci yerdə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button