London klubunda itki
“Tottenhem”in yarımmüdafiəçisi Rodriqo Bentankur zədələnib.
Komanda.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu “Aston Villa” ilə son oyunda (1:2) sıradan çıxıb.
O, artıq tibbi müayinədən keçib. Müəyyənləşib ki, uruqvaylı futbolçu 2024-cü ilin fevralına qədər yaşıl meydanlardan kənarda qalacaq. .
Bentankur bu mövsüm London təmsilçisinin heyətində 4 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin