
London klubunda ciddi itki
“Tottenhem”in futbolçusu Deyan Kuluşevski dizindən əməliyyat olunduğu üçün bir neçə ay yaşıl meydanlardan kənar qalacaq.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Premyer Liqanın 36-cı turunda “Kristal Pelas”a qarşı matçda zədələnən yarımmüdafiəçinin durumu əvvəlcə normal görünsə də, daha sonra vəziyyət ciddiləşib. Diz qapağından əməliyyat olunmuş futbolçunun bərpası bir neçə ay çəkəcək.
Deyan Kuluşevskinin Avropa Liqasının finalında “Mançester Yunayted”ə qarşı görüşdə meydana çıxa bilməyəcəyi dəqiqləşib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



