“O, çox yaxşı vaxtda “Tottenhem”ə keçib”
“Mançester Yunayted”in keçmiş hücumçusu Teddi Şerinqem “Tottenhem”in yarımmüdafiəçisi Ceyms Meddison haqda danışıb.
Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, İngiltərə millisnin keçmiş üzvü, Meddisonun kluba böyük təsir bağışladığını bildirib:
“Ceyms Meddison bu mövsüm klubu üçün böyük təsir bağışladı. Düşünürəm ki, o, çox yaxşı vaxtda “Tottenhem”ə keçib. London klubu son dörd ildə darıxdırıcı futbol oynayırdı. Postekoqlu (komandanın baş məşqçisi) ona oynamaq üçün sərbəstlik verir. Ceyms meydanın onun üçün ən təsirli olduğu sahəsində işləyir. İnanıram ki, Postekoqlu Meddisondan ən yaxşısını əldə edə biləcək”.
Keçən yay “Lester”dən “Tottenhem”ə keçən 27 yaşlı Meddison bu mövsüm Premyer Liqada 11 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin