London klubları belçikalını istəyir
“Tottenhem” qış transfer pəncərəsində heyətini gücləndirmək niyyətindədir.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, bu səbəbdən London təmsilçisi Leandro Trossardı transfer etmək üçün “Brayton”a 12 milyon funt-sterlinq təklif edib. “Qağayılar” bu təklifi qəbul etməyib.
Baş məşqçi Roberto de Zerbi ilə aralarında olan münaqişə səbəbindən Trossard 2023-cü ildə keçirilən matçlarda meydana çıxmayıb. Futbolçu klubla yeni müqavilə imzalamağı düşünmür.
28 yaşlı belçikalının xidmətində “Arsenal” və “Çelsi” də maraqlıdır.
Leandro Trossardın “Brayton”la müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. O, bu mövsüm İngiltərə Premyer Liqasında 16 matça çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin