“Yuventus” Lokatellidən narazıdır – Sata bilər
“Yuventus” yarımmüdafiəçisi Manuel Lokatellini sata bilər.
Komanda.az “Tuttojuve”-yə istinadən xəbər verir ki, Turin klubunun rəhbərliyi futbolçu oyununu təkmilləşdirməsə, onunla yollarını ayıracaq.
Futbolçu üçün “Bayern” və İngiltərənin bir neçə klubu mübarizə aparır.
26 yaşlı Lokatelli bu mövsüm 31 oyuna çıxıb, 1 qol vurub və 5 məhsuldar ötürmə edib. İtaliyalı futbolçunun “Yuventus”la müqaviləsi 2028-ci ilin iyunun sonuna kimi nəzərdə tutulub.
“Yuventus” A Seriyasının 30 turundan sonra 59 xalla 3-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin