“İndiki məqamda çətin ki, məni milliyə çağırsınlar” – “Milan”ın futbolçusu
“Milan”ın yarımmüdafiəçisi Ruben Loftus-Çik İngiltərə millisinə mümkün qayıdışı və 2024-cü il Avropa çempionatında iştirakdan danışıb.
Komanda.az “Milan News”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu əsas məqsədinin “Milan”da uğur qazanmaq olduğunu deyib:
“Avropa çempionatına gedirəmmi? Ümid edirəm. Amma indiki məqamda çətin ki, məni milliyə çağırsınlar. Mən geri qayıdıb İngiltərə millisi üçün oynamaq istərdim, amma əsas məqsəd “Milan”da uğur qazanmaqdır. Həm də, ona görə ki, milliyə dəvət almağım yalnız “Milan”da oynamağın nəticəsidir”.
Loftus-Çik 2023-cü ilin yayında “Çelsi”dən “Milan”a keçib. İtaliya klubu 28 yaşlı futbolçu üçün 25 milyon avro ödəyib. Yarımmüdafiəçi bu müddət ərzində 34 matçda iştirak edib, 9 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin