Lloris zədəli Keyndən danışdı: Ondan asılı deyilik


“Tottenhem”in qolkiperi Uqo Lloris zədələnən komanda yoldaşı Harri Keyn haqda fikirlərini bildirib.

Komanda.az “goal.com”a istinadən xəbər verir ki, fransız qapıçı “Tottenhem”in təkcə Keyndən ibarət olmadığını deyib:

“Keynin bizim üçün nə qədər vacib futbolçu olduğunu yaxşı bilirik. Ancaq “Tottenhem” təkcə bir forvarddan asılı deyil. Futbol komanda oyunudur. Hər futbolçu oyunlarda komandasına kömək etməyi düşünür. Klub üçün aparıcı futbolçu ola bilərsən, ancaq vacib olan komanda oyunudur”.

Keyn zədə səbəbindən bir ay yaşıl meydanlardan uzaq qalacaq.

25 yaşlı forvard cari mövsümdə 31 qarşılaşmada iştirak edərək, 20 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button