Lixtenşteyn – Azərbaycan: Hakimlər açıqlandı
21 yaşadək futbolçulardan ibarət Azərbaycanın millisinin Avropa çempionatının seçmə qrup mərhələsində Lixtenşteynlə səfərdə keçirəcəyi oyunun hakim təyinatları müəyyənləşib.
Komanda.az xəbər verir ki, iyunun 6-da keçiriləcək qarşılaşmaya Şimali İrlandiyadan olan hakimlər briqadası təyinat alıb.
Görüşün baş hakimi Tim Marşal olacaq. Ona yan xətt hakimləri Pol Robinson və Stefen Donaldson kömək edəcək. Dördüncü hakim funksiyasını Şeyn Endryus yerinə yetirəcək.
Lixtenşteyn – Azərbaycan oyunu Eşen şəhərindəki “Sportpark Eşen-Mauren” stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin