“Liverpul”un zədəlisi məşqlərə başladı
“Liverpul”un müdafiəçisi Co Qomes komandayla birgə məşqlərə başlayıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qomes, İngiltərə Premyer Liqasının 15-ci turunda keçirilən “Bernli” – “Liverpul” matçının (1:3) 23-cü dəqiqəsində zədələnmişdi.
Ötən ilin dekabrından yaşıl meydanlardan uzaq qalan 21 yaşlı müdafiəçinin 1-2 həftəyə tam sağalacağı bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin