“Liverpul”un zədəlilərindən şad xəbər

İngiltərənin “Liverpul” klubunun zədəli futbolçularından ikisi sıraya dönür.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Trent Aleksandr-Arnold və Joel Matip artıq zədəsini sağaldıb. Onlar yaxın günlərdə komanda ilə məşqlərə başlayacaqlar. Böyük ehtimalla hər iki futbolçu yeni mövsümün startına qədər tam hazır olacaq.

“Liverpul”un digər zədəli futbolçusu Vircil van Daykın durumuna isə hələ də aydınlıq gəlməyib. Niderlandlı müdafiəçinin bərpa prosesi davam edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button