
“Liverpul”un zədəli futbolçusu məşqlərə başlayıb
“Liverpul”un yarımmüdafiəçisi Kertis Cons zədəsini sağaldıb və növbəti matçda meydana çıxa bilər.
Komanda.az “Football İncider”-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu artıq komanda ilə məşqlərə başlayıb.
Cons əzələ zədəsi səbəbindən bu mövsüm meydana çıxmayıb. Üstəlik, onun qayıdışı komanda yoldaşının zədəsi ilə üst-üstə düşüb. Harvi Elliotun milli komandada oynayarkən ayağı sınıb.
“Liverpul” hazırda Premyer Liqada məğlubiyyətsizdir və turnir cədvəlində 2-ci yerdədir. Arne Slotun yetirmələri həftəsonu evdə “Nottingem Forest”lə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin