“Liverpul”un zədəlisi qayıtdı
“Liverpul”un zədəli futbolçusu Nabi Keyta sağalıb.
Komanda.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi artıq komanda ilə birgə məşqlərə başlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Keyta, “Liverpul”un avqustun 14-də UEFA superkuboku çərçivəsində “Çelsi” ilə qarşılaşdığı oyunda zədələnmişdi.
“Liverpul” “Çelsi”ni əsas vaxtı 2:2 hesabıyla bitən matçın penalti vuruşlarında 5:4 hesabıyla məğlub etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin