
“Liverpul”un yetirməsi “Karvan”da
2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında oynayacaq “Karvan” klubu növbəti transferini həyata keçirib.
Komanda.az Yevlax təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şri Lanka millisinin üzvü Samuel Durrantla 1 illik müqavilə imzalanıb.
Yarımmüdafiəçi karyerasına İngiltərənin “Liverpul” klubunda başlayıb. Daha sonra “Bləkbörn” (İngiltərə), “Dundalk” (İrlandiya) və “Konnas Ki” (Uels) klublarında forma geyinib.
23 yaşlı oyunçu Şri Lanka millisində 7 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



