“Liverpul”un yeni kapitanı olmaq mənim üçün böyük şərəf olar”

Niderlandlı müdafiəçi Vircil van Dayk, Cordan Hendersonun Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubuna getməsindən sonra “Liverpul”un yeni kapitanı olmağa hazır olduğunu açıqlayıb.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, o, əvvəllər də dəfələrlə kapitan sarğısını daşıdığını xatırladıb:

“Bir oyunçu və komandanın kapitanı kimi Henderson üçün darıxacağıq. Amma bu, futbolun bir hissəsidir, oyunçular gəlib-gedirlər. Mən dəfələrlə kapitan olmuşam və belə anlarla fəxr edirəm. Gəlin görək, gələcəkdə nə olacaq. Amma “Liverpul”un yeni kapitanı olmaq mənim üçün böyük şərəf olar”.

32 yaşlı futbolçu 2018-ci ilin yanvarından “Liverpul”da çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button