“Liverpul”un yeni kapitanı bəlli oldu

Niderlandlı Vircil van Deyk “Liverpul”un yeni kapitanı seçilib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərəli Trent Aleksander-Arnoldun isə vitse-kapitan olacağı diqqətə çatdırılıb.

Van Deyk 2018-ci ilin yanvarından Mersisayd klubunda çıxış edir. O, bu müddət ərzində “qırmızılar”ın heyətində 222 oyuna çıxıb, 19 qol vurub.

32 yaşlı müdafiəçiyə qədər “Liverpul”un kapitanı Cordan Henderson idi. O, bir neçə gün öncə İngiltərə klubundan ayrılaraq “Əl-İttifaq”a keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button