Yeni bombardir
“Liverpul” İngiltərə Premyer Liqasının 26-cı turunda “Mançester Yunayted”i məğlub edib (7:0).
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu matç Mersisayd təmsilçisinin hücumçusu Məhəmməd Salah üçün əlamətdar olub.
31 yaşlı forvard “Liverpul”un heyətində ən çox qol vuran oyunçu olub. İngiltərə çempionatında 129 dəfə fərqlənən misirli oyunçu Robbi Fauleri geridə qoyub (128 qol). İlk üçlüyü Stiven Cerrard tamamlayır (120).
“Liverpul” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 42 xalla 5-ci pillədə yer alır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin