“Liverpul”un yarımmüdafiə xətti üçün planı
“Brayton”un futbolçusu Aleksis Makallister karyerasını başqa klubda davam etdirəcək.
Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, “Liverpul” yarımmüdafiə xəttini gücləndirmək üçün argentinalı son dünya çempionunun transferini gerçəkləşdirmək istəyir.
Öncədən argentinalı oyunçu ilə “Arsenal”, “Mançester Yunayted” və “Çelsi”nin də maraqlandığı bildirilirdi.
24 yaşlı futbolçu cari mövsümdə İngiltərə Premyer Liqasında 29 oyuna çıxıb, 10 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin