
“Liverpul”dan narazı olan Kyeza İtaliya klubuna keçə bilər
“Liverpul”un vingeri Federiko Kyeza İtaliya A Seriyasına qayıda bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Napoli” italiyalı futbolçu ilə maraqlanır və cari transfer pəncərəsində onun komandaya keçidini rəsmiləşdirə bilər. Kyeza özü İngiltərə klubunda tutduğu mövqedən narazıdır və karyerasında yeni mərhələyə hazırdır. Neapolluların baş məşqçisi Antonio Konte də yarımmüdafiəçi ilə müqavilə imzalamağa qarşı deyil.
Kyeza 2022/23 mövsümündə “Yuventus”da çıxış edib.
27 yaşlı futbolçu son mövsümdə “qırmızılar”ın heyətində 14 matçda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



