
“Liverpul”un futbolçusu İspaniya klubuna keçmək istəyir
Luis Dias yayda “Liverpul”dan “Barselona”ya keçmək istəyir.
Komanda.az “El Chiringuito TV”-yə istinadən xəbər verir ki, 28 yaşlı vinger arzularını agenti vasitəsilə kataloniyalıların idman direktoru Dekuya çatdırıb.
Daha əvvəl bildirilmişdi ki, “Barselona” bu yay hücumun sol cinahı üçün oyunçu almaq istəyir və Diası namizəd kimi nəzərdən keçirir.
Kolumbiyalı futbolçu bu mövsüm “Liverpul”un heyətində bütün turnirlərdə 35 oyun keçirib, 13 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun “qırmızılar”la müqaviləsi 2027-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin