Kerrollun yeni klubu
“Liverpul”un və İngiltərə milli komandasının sabiq futbolçusu Endi Kerrollun yeni ünvanı məlum olub.
Komanda.az xəbər verir ki, 33 yaşlı hücumçu “Vest Bromviç”lə müqavilə imzalayıb. Bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Kerrolla sözləşmənin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub.
Daha əvvəl “Liverpul”, “Nyukasl” kimi klublarda çıxış edən hücumçu, son olaraq Çempionşipdə “Ridinq”in formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin