“Liverpul”un keçmiş futbolçusu karyerasını bitirdi
“Liverpul”un və “Yuventus”un sabiq futbolçusu Məhəmməd Sissoko karyerasını bitirib.
Komanda.az xəbər verir ki, bu barədə 34 yaşlı yarımmüdafiəçi Fransa mətbuatına açıqlamasında deyib. O, çətin də olsa, futbolçu karyerasını sonlandırdığını bildirib.
Karyerası ərzində “Liverpul, “Yuventus”, PSJ kimi klublarda forma geyinən Sissoko son olaraq Fransa Liqa 2-də mübarizə aparan “Soşo”da çıxış edib. 2019-cu ilin iyulundan işsiz olan keçmiş yarımmüdafiəçi 34 dəfə də Mali yığmasının şərəfini qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin