“Liverpul”un üzvündən yeni rekord
“Liverpul” Çempionlar Liqasının 1/8 finalının cavab oyununda səfərdə “Bavariya”nı məğlub edib.
Komanda.az “Opta” saytına istinadən xəbər verir ki, “Liverpul”un hücumçusu Sadio Mane, 3:1 hesabıyla bitən görüşdə rekorda imza atıb. Belə ki, “Bavariya”nın qapısına iki dəfə yol tapan seneqallı futbolçu, “Liverpul”un heyətində ÇL-də vurduğu səfər qollarının sayını 7-yə çatdırıb. Bu, “Liverpul” futbolçuları arasında ən yüksək göstəricidir.
“Liverpul” ilk oyunda öz meydanında “Bavariya” ilə qolsuz bərabərə qalıb. Cavab matçında Münhen təmsilçisini 3:1 hesabıyla məğlub edən Mersisayd təmsilçisi ÇL-də 1/4 finala yüksəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin