“Liverpul”un sahibi İspaniya klubunu almaq üçün danışıq aparır

“Liverpul”un sahibi “Fenway Sports Group” (FSG) İspaniyanın “Xetafe” klubunu almaq üçün danışıqlar aparır.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, şirkət klubun prezidenti Anxel Torreslə mərhələli satınalma planı üzərində işləyir.

Amerikalı investorlar “Liverpul”un ətrafında çoxklublu futbol strukturu yaratmaq istəyirlər. Daha əvvəl “Bordo” və “Malaqa” ilə danışıqlar aparılsa da, hazırda “Xetafe” əsas hədəf kimi qiymətləndirilir.

“Xetafe” uzun illərdir alıcı axtarır və prezident Anxel Torres satış qiymətini 160 milyondan 100 milyon funt sterlinqə (təxminən 135 milyon dollar) endirib.

Buna baxmayaraq, Torres satışa tələsmir, çünki o, klubun stadionu “Koloseum Alfonso Peres”in yenidən qurulması layihəsini tamamlamaq istəyir. Bu layihənin 2028-ci ilə qədər başa çatdırılması planlaşdırılır.

FSG 2001-ci ildə Con Henri, Tom Verner və digər amerikalı sərmayədarlar tərəfindən yaradılıb. Şirkət 2002-ci ildə “Boston Red Soks” beysbol klubunu və “Fenway Park” stadionunu, 2010-cu ildə “Liverpul”u, 2021-ci ildə isə “Pittsburgh Penguins” hokkey klubunu alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button