“Liverpul”un müştərisi var

Formula 1-in kommersiya hüquqlarına sahib olan ABŞ-ın “Liberty Media” şirkəti İngiltərə “Liverpul”una sərmayə qoymaq istəyir.

Komanda.az “Telegraph”-a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisinin hazırkı sahibi “Fenway Sports Group” klubun səhmlərini ala biləcək investorlar axtarışındadır.

“Liberty Media”nın iddiaçılardan biri olduğu bildirilir. Ancaq şirkətin hansı payı alacağı məlum deyil. Eyni zamanda, “Liverpul”un birdəfəlik satışa hazır olmadığı qeyd edilib.

Formula 1 2017-ci ildən “Liberty Media”ya məxsusdur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button