“Onu Neymardan üstün hesab edirəm” – “Liverpul”un sabiq futbolçusu
“Liverpul”un və İngiltərə millisinin sabiq müdafiəçisi Ceymi Karrager “Mançester Siti”nin futbolçusu ilə bağlı açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 41 yaşlı sabiq futbolçu, Rahim Sterlinqlə bağlı fikirlərində yanıldığını bildirib:
“Heç vaxt Sterlinqin bu qədər yaxşı futbolçu olmasını düşünməmişdim. Hətta “Liverpul”un onu razılıq əldə etdikdən sonra göndərdiyini düşünürdüm, amma səhv etdiyimi qəbul edirəm. “Mançester Siti”nin Sterlinqi çox az məbləğə transfer etdiyi məlum oldu. O, dünyanın ən yaxşı futbolçularından biri oldu və hər gün öz oyununu yaxşılaşdırmağa davam edir.
Rahim hazırda Lionel Messi və Kriştiano Ronaldodan sonra ən yaxşı 5 futbolçudan biridir. Hətta onu Neymardan yuxarı pillədə, ondan üstün hesab edirəm. Onun qarşıdakı 4-5 il içərisində “qızıl top”u qazancağını düşünürəm”.
Sterlinq 2015-ci ildə 63 milyon avro müqabilində “Liverpul”dan “Mançester Siti”yə transfer olunub.
Bizi Facebook-da izləyin