
“Liverpul”un sabiq futbolçusu karyerasını bitirdi
37 yaşlı ingiltərəli yarımmüdafiəçi Adam Lallana futbolçu karyerasını bitirmək qərarına gəlib.
Komanda.az xəbər verir ki, bu barədə “Liverpul”un mətbuat xidməti məlumat yayıb.
Lallana “Sauthempton” futbol akademiyasının yetirməsidir. Peşəkar səviyyədə o, “Brayton” və “Liverpul”dakı çıxışı ilə fərqlənib.
Lallana İngiltərə millisinin heyətində 34 oyun keçirib və 3 qol vurub.
Sabiq yarımmüdafiəçi 2014-2020-ci illərdə “Liverpul”da çıxış edib. O, Mersisayd klubu ilə birlikdə UEFA Çempionlar Liqasının və İngiltərə Premyer Liqasının çempionu olub.`
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



