“Liverpul”un sabiq futbolçusu karyerasını 29 yaşında bitirdi

Futbol üzrə İngiltərə yığmasının və “Liverpul”un sabiq müdafiəçisi Con Flanaqan karyerasını başa vurub.

Komanda.az xəbər verir ki, zədələrdən əziyyət çəkən mərkəz müdafiəçisi 29 yaşında sevimli idman növü ilə vidalaşmalı olub.

“Liverpul”un yetirməsi olan Con Flanaqan, 2011-ci ildə bu klubun əsas komandasında oynamağa başlayıb. “Bernli” və “Bolton”a icarəyə də verilən müdafiəçi, 2018-ci ildə “Liverpul”dan ayrılaraq Şotlandiya “Reyncers”inə keçib. O, daha sonra Belçikanın “Şarlerua”, Danimarkanın “Koqe” klubunda da forma geyinib.

Flanaqan İngiltərə yığmasında da 1 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button