Starric özünə klub tapdı

“Liverpul”un sabiq futbolçusu Daniel Starric karyerasını İspaniyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 31 yaşlı hücumçu “Malyorka”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Starric bu gündən La Liqa təmsilçisinin məşqlərinə qoşulacaq.

“Aston Villa”nın yetirməsi olan Starric daha əvvəl İngiltərədə “Mançester Siti”, “Bolton”, “Vest Bromviç”, “Çelsi” və “Liverpul” kimi komandalarda çıxış edib. Hücumçu son olaraq Türkiyə “Trabzonspor”unun formasını geyinib.

Starric 2020-ci ilin martından klubsuz idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button