
“Liverpul” müdafiəçisi ilə bağlı qərar verib
“Liverpul” müdafiəçisi Endi Robertsonla bağlı qərar verib.
Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, Mersisayd klubu gələn ilin yayında yeni müqavilə üçün şotlandiyalı futbolçu ilə danışıqlara başlamağı planlaşdırır.
Robertsonun İngiltərə klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. 30 yaşlı müdafiəçi “Liverpul”un heyətində 311 oyun keçirib, 11 qol vurub və 65 məhsuldar ötürmə verib.
“Liverpul” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 1-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin