“Çox qarışıq hisslər var, amma bunlara nəzarət etməliyik”
İngiltərə Premyer Liqasının son turunda səfərdə “Nyukasl”a 3:2 hesabı ilə qalib gələn “Liverpul”un hücumçusu Divok Origi matçdan sonra açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, komandasının qələbə qolunu vuran 24 yaşlı futbolçu, oyunun çətin keçdiyini bildirib:
“Asan oyun olmayacağını bilirdik. Bu oyunda döyüşçü ruhumuzu göstərdik və 3 xalı qazandıq. Hər zaman əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Bu gün vacib qol vurduğum üçün xoşbəxtəm. Xerdan Şakiri yaxşı ötürmə verdi. Topa yavaş zərbə vurmaq istədim və qol oldu”.
Premyer Liqadakı çempionluq yarışını dəyərləndirən belçikalı futbolçu, bunları deyib:
“Çox qarışıq hisslər var, amma bunlara nəzarət etməliyik. Xüsusi bir mövsüm keçirdik və bunu yaxşı bitirmək istəyirik. Ümid edirəm ki, hər şey istədiyimiz kimi olar”.
Bizi Facebook-da izləyin