Nistelroy da “Liverpul” dedi
“Lester”in baş məşqçisi Rud Van Nistelroy hesab edir ki, “Liverpul”un cari mövsümün sonunda İngiltərə Premyer Liqasını qazanmaq şansı böyükdür.
Komanda.az “liverpool.com”-a istinadən xəbər verir ki, niderlandlı mütəxəssis, “Liverpul”un sabitliyinə baxanda, onların Premyer Liqanı qazanmaq şansının böyük olduğunu bildirib:
“Premyer Liqada heç vaxt irəlini düşünmək olmaz. Amma “Liverpul”a, bu komandanın sabitliyinə baxanda deyə bilərəm ki, onların Premyer Liqanı qazanmaq şansı böyükdür.
Biz öz inkişafımızı davam etdirməliyik. Bizim oyun planımız var idi, oyunçular nə edəcəyini dəqiq bilirdilər və bunu etdilər”.
“Qırmızılar” dekabrın 26-da İngiltərə çempionatının 18-ci turunun matçında “Lester”ə qalib gəlib (3:1). Arne Slotun komandası hazırda 42 xalla Premyer Liqanın turnir cədvəlinə başçılıq edir.
Bizi Facebook-da izləyin