Ölümlə hədələnən “Everton”lu özünə mühafizəçi tutdu

“Liverpul”un müdafiəçisi Vircil van Daykı zədələyən “Everton”lu Cordan Pikford ölümlə hədələnir.

Komanda.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. İngilis qapıçı hədələrə görə artıq özünə xüsusi bir mühafizəçi də tutub. Pikfordun bir neçə müddət belə gəzəcəyi bildirilir.

Pikford Premyer Liqanın 5-ci turunun “Liverpul”la matçında (2:2) Van Daykla girdiyi ikili mübarizədə rəqibini zədələyib və nəticədə, əməliyyat olunan niderlandlı futbolçu üçün mövsüm bitib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button