“Liverpul”un müdafiəçisi əməliyyat olunacaq
“Liverpul”un müdafiəçisi Vircil van Dayk əməliyyat olunacaq.
Komanda.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 29 yaşlı futbolçunun əməliyyatdan sonra reabilitasiya proqramına başlayacağı bildirilir.
İngiltərə mətbuatının xəbərinə görə, van Dayk mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.
Niderlandlı müdafiəçi Premyer Liqanın 5-ci turunun “Everton”la matçında (2:2) zədələnmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin