
“Liverpul”un futbolçusu Rusiya Premyer Liqasında – rəsmi
“Liverpul”un müdafiəçisi Deyan Lovren komandadan ayrılıb.
Komanda.az xəbər verir ki, bu barədə Mersisayd klubu məlumat yayıb. Məlumatda, 31 yaşlı futbolçunun karyerasını “Zenit”də davam etdirəcəyi bildirilib. Rusiya klubu Lovrenlə 3 illik müqavilə imzalayıb.
2014-cü ildə “Liverpul”a transfer olunan Lovren komandanın heyətində 185 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin