“Liverpul”un müdafiəçisini istəyən klublar – “Milan”, “İnter”, “Atletiko”…
“Liverpul”un müdafiəçisi Vircil van Dayk komandadan ayrıla bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu ilə bir neçə klub maraqlanır. Onun xidmətində “Milan”, “İnter”, “Atletiko”, “Əl-Hilal” və “Əl-Nəsr” maraqlıdır. Bundan başqa, Van Dayka İngiltərə Premyer Liqasının bəzi klublarından da maraq var.
Futbolçunun özü isə klubu ilə müqaviləni uzatmaq istəyir.
32 yaşlı Van Dayk 2018-ci ilin əvvəlindən “Liverpul”da çıxış edir. Onun klubla hazırkı müqaviləsi gələn mövsümün sonuna qədərdir. O, bu mövsüm Premyer Liqada 34 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin