“Arsenal” məğlub oldu

İngiltərə Premyer Liqasında 9-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçirilib. Turun açılış oyunu “Everton” və “Vest Hem” komandaları arasında olub. Meydan sahibləri bu görüşdə inamlı qələbəyə seviniblər.

“Çelsi” bu turda “Nyukasl”ı qəbul edib və minimal hesabla üstün olub. “Mançester Siti” isə “Kristal Pelas” səfərinə yollanıb. “Şəhərlilər” 2 cavabsız qola seviniblər.

Turun mərkəzi görüşü Mançester şəhərində keçirilib. “Mançester Yunayted” doğma divarlar arasında lider “Liverpul”u qəbul edib. Qonaqlar ardıcıl 8 qələbənin ardından bu oyunda ilk dəfə xal itkisi ilə üzləşiblər.

Turun son görüşü “Şeffild Yunayted”lə “Arsenal” arasında baş tutub. London klubu səfərdə minimal hesabla məğlub olub.

İngiltərə Premyer Liqası, 9-cu tur

19 oktyabr

Everton – Vest Hem 2:0
Qol
: Bernard, 17. Siqurdsson, 90+2.

Aston Villa – Brayton 2:1
Qol
: Qriliş, 45+2. Targett, 90+4 – Uebster, 21.

Bornmut – Norviç 0:0

Çelsi – Nyukasl 1:0
Qol
: M.Alonso, 73.

Lester – Bernli 2:1
Qol
: Vardi, 45. Tilemans, 74 – Vud, 26.

Tottenhem – Uotford 1:1
Qol
: D.Alli, 86 – Dukure, 6.

Vulverhempton – Sauthempton 1:1
Qol
: R.Ximenes, 61-pen – İnqs, 53.

Kristal Pelas – Mançester Siti 0:2
Qol
: Q.Xesus, 39. D.Silva, 41.

20 oktyabr

Mançester Yunayted – Liverpul 1:1
Qol
: Reşford, 36 – Lallana, 85.

21 oktyabr

Şeffild Yunayted – Arsenal 1:0
Qol
: Musset, 30.

Bombardir: Serxio Aquero (Mançester Siti), Temmi Abraham (Çelsi) – 8 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button