“Liverpul”un Keyta planı
“Liverpul”un yarımmüdafiəçisi Nabi Keyta çətin ki, bu transfer pəncərəsində komandanı tərk etsin.
Komanda.az “Goal”-a istinadən xəbər verir ki, İngiltərə klubu bu ayın əvvəlində 27 yaşlı qvineyalının agenti ilə danışıqlar aparıb və razılığa gəliblər. “Liverpul”un planı hələ də futbolçunun müqaviləsini uzatmaqdır.
Keytanın klubla hazırkı müqaviləsi 2023-cü ilə qədərdir.
Keyta 2018-ci ildən “Liverpul”da çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə 40 oyunda 4 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin