“Liverpul”un keçmiş futbolçusu rinqə çıxacaq

“Liverpul”un və Niderland millisinin keçmiş hücumçusu Dirk Kuyt oktyabrın 29-da “Hit İt” idman-əyləncə şousunda məşhurların döyüşündə – boksda debüt edəcək.

Komanda.az xəbər verir ki, bu barədə Niderlandın “Telegraaf” qəzeti məlumat yayıb. Mümkün rəqiblərlə danışıqların davam etdiyi bildirilir. Lakin Kuytun boks təcrübəsi olmayan başqa bir məşhurla yarışacağı artıq bəllidir. Qarşıdakı aylarda keçmiş futbolçunun məşqlərinə kikboksçu Riko Verhoeven olmaqla, peşəkar komanda nəzarət edəcək.

Kuyt, boks yarışında iştirakı ilə bağlı açıqlama da verib:

“Əlbəttə, mən futboldan təqaüdə çıxmışam. İndi yaxşı bir iş üçün mübarizə aparmaq mənə bir az daha motivasiya verir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button